Arayikdən sərsəm bəyanat: "Qarşıda bizim qələbəmiz olacaq"

   Arayikdən sərsəm bəyanat:    "Qarşıda bizim qələbəmiz olacaq"
  28 Yanvar 2022    Oxunub:992
Azərbaycanın işğaldan azad etdiyi Qarabağda mövcud olmuş keçmiş qondarma rejimin rəhbəri Arayik Arutyunyan növbəti dəfə sərsəm fikirlər səsləndirib. AzVision.az xəbər verir ki, o, revanşist çıxışlar edərək yeni müharibəyə hazırlaşacaqlarına işarə vurub.
- Bizim qələbəmiz və məğlubiyyətlərimiz oldu. Amma belə hesab edirəm ki, biz 44 günlük müharibədə məğlubiyyətlə üzləşsək də, bu hələ son deyil. Qarşıda yenə də qələbəmiz olacaq və bunun üçün bizə yeni gündəm lazımdır. Bəli, uduzduq. Ona görə ki, 26 ildir iqtisadiyyatı inkişaf etdirməmişik. Əhali artmadığı üçün uğursuzluğa düçar olduq. Ordunun gücləndirilməsinə lazımi diqqət yetirmədiyimiz üçün uduzduq, - keçmiş separatçı "rəhbər" gileylənib.

"Zabit olmaq istəyənlərin sayı 10 dəfə azalıb" - Artsrun Ovanisyan
Arutyunyanın sözlərinə görə, müharibə zamanı çoxlu səhvlərə yol verilib. Bununla belə, gələcək "qələbələr" üçün bir sıra ilkin şərtlər və imkanlar var. Bu, ilk növbədə, iqtisadiyyat və demoqrafiya ilə bağlıdır.

Qeyd edək ki, Azərbaycan Ermənistana dəfələrlə xəbərdarlıq edib ki, ölkədə baş qaldıracaq revanşizmin qarşısı daha sərt tədbirlərlə alınacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qələbə   Müharibə  





Xəbər lenti