Tanınmış boksçu intihar edib

V.Virçisin cəsədi evinin yaxınlığında asılmış vəziyyətdə tapılıb.
Kiyev polisinin saytında bu iş üzrə cinayət işinin açıldığı bildirilib.
Qeyd edək ki, Virçis peşəkar rinqdə ağır çəkili (boyu - 197 sm, çəki - 112 kq) idmançı kimi 1999-2009-cu illərdə çıxış edib. O, 28 döyüşdən 21-i nokaut olmaqla, 26 qələbə qazanıb. İdmançı, IBF (2003-2004) və WBO (2005-2006) üzrə qitələrarası çempion, Avropa çempionu (2007) olub. Virçis karyerasını başa vurduqdan sonra bizneslə məşğul olub. Onun İrina adlı həyat yoldaşı və Əminə adlı qızı var.
AzVision.az
Teqlər: