Quterreşdən “Olimpiya barışığı” çağırışı

Quterreşdən     “Olimpiya barışığı”    çağırışı
  28 Yanvar 2022    Oxunub:718
BMT-nin Baş katibi Antoniu Quterreş bütün ölkələri Çinin paytaxtı Pekində keçiriləcək Olimpiya Oyunları zamanı “Olimpiya barışığı”na riayət etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə baş katibin administrasiyasının yaydığı məlumatında qeyd olunub.

“Münaqişə və gərginliklərin artması fonunda “Olimpiya barışığı” ixtilafı aradan qaldırmaq və davamlı sülhə gedən yol tapmaq şansını ehtiva edir. Mən hamını 2022-ci il Olimpiya və Paralimpiya Oyunları zamanı barışığa riayyət etməyə və Oyunlar zamanı hərbi əməliyyatları dayandırmağa çağırıram”, - məlumatda bildirilib.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları 4-20 fevralda keçiriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti