Hindistan səfirliyi qanvermə aksiyası təşkil edib - FOTO

Hindistan səfirliyi qanvermə aksiyası təşkil edib -    FOTO
  29 Yanvar 2022    Oxunub:700
Hindistanın 73-cü Respublika Günü münasibətilə və “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü altında bu ölkənin Bakıdakı Səfirliyi Hind Hospitalı, Azərbaycan Hind Assosiasiyası, Bakı Malayali Assosiasiyası, Azərbaycan Telequ Assosiasiyası və Bakı Tamil Sanqam təşkilatı ilə birlikdə “QANVERMƏ AKSİYASI” təşkil edib.
AzVision.az - a səfirlikdən verilən məlumata görə, aksiya Hind Hospitalında baş tutub.

Hindistan səfiri Bavitlunq Vanlalvavna dövlət qan bankı üçün qan verməyə gələn hər kəsə minnətdarlığını bildirib. O, qanvermənin “dünya bir ailədir” mənasını verən “Vasudhaiva Kutumbakam” adlı hind fəlsəfəsindən ilhamlandığını bildirib.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-Hindistan Parlamentlərarası Əlaqələr Üzrə İşçi Qrupunun sədri Naqif Həmzəyev də iştirak edib.

Qanvermə aksiyasına cənab səfir, onun həyat yoldaşı, səfirliyin digər əməkdaşları, Hindistan icmasının üzvləri və Hindistanın dostları da daxil olmaqla könüllülər qatılıblar.

Bu nəcib təşəbbüs yerli ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb.







Pərvanə Sultanova
AzVision.az



Teqlər: Hindistan   Qanvermə-aksiyası  





Xəbər lenti