Rusiyada yanğında 5 nəfər ölüb

Rusiyada yanğında 5 nəfər ölüb
  29 Yanvar 2022    Oxunub:526
Rusiyanın Arxangelsk vilayətinin Plesetsk kəndində baş vermiş yanğında beş nəfər həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Qeyd olunub ki, cəsədlər yanğın söndürüldükdən sonra aşkar edilib, ölənlərin 4- ü uşaqdır.

Hadisə 12 mənzildən ibarət ikimərtəbəli taxta konstruksiyalı binada baş verib. Yanğınsöndürmə briqadası hadisə yerinə çatanda 2-ci mərtəbədəki mənzil artıq yanıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Yanğın  





Xəbər lenti