ABŞ və Ukrayna arasında gərginlik artır - CNN

ABŞ və Ukrayna arasında gərginlik artır -    CNN
  29 Yanvar 2022    Oxunub:1434
Kiyevin Rusiyanın “hücum təhlükəsi ilə bağlı mövqeyinə görə ABŞ və Ukrayna arasında gərginlik artır.
AzVision.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “CNN” məlumat yayıb.

Bildirilir ki, Rusiyanın Ukraynaya gözlənilən hücumu ilə bağlı ABŞ kəşfiyyatının qiymətləndirmələrinin necə və açıq şəkildə şərh edilməsi ilə bağlı fikir ayrılıqları getdikcə artır. Vaşinqtondakı bəzi rəsmilər hesab edirlər ki, Kiyev “çox minnətsiz” Amerika dəstəyini alır.

"Suallarımız var: niyə ABŞ-la mübahisəyə başlayırsınız? Əgər təhlükənin dəyişmədiyini deyirsinizsə, niyə əlavə silah tələb edirsiniz?" - telekanal Amerika rəsmilərinin bəyanatından sitat gətirir.

Ukraynada isə ABŞ-ın Rusiyanı cilovlamaq üçün qabaqlayıcı tədbirlər görməməsindən narazıdırlar.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti