Xorvatiya prezidenti baş naziri Ukrayna agenti adlandırıb

Xorvatiya prezidenti baş naziri Ukrayna agenti adlandırıb
  29 Yanvar 2022    Oxunub:1172
Xorvatiya prezidenti Zoran Milanoviç baş nazir Andrey Plenkoviçi Ukraynaya işləməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə Xorvatiya lideri “RTL” telekanalına müsahibəsində deyib.

“Plenkoviç Ukrayna agenti, mən isə Xorvatiya prezidenti kimi fəaliyyət göstərirəm. Bu, böyük fərqdir. Mən ruslarla dost deyiləm. Mən heç vaxt rəsmi olaraq orada olmamışam. Heç vaxt Rusiya səfiri ilə qəhvə içməmişəm”, - Milanoviç deyib.

Eyni zamanda, siyasətçi qeyd edib ki, Ukraynada insanlar İkinci Dünya Müharibəsi zamanı yəhudiləri və polyakları öldürənlərə heyran olurlar. Bundan əlavə, o, Ukrayna hakimiyyətini separatçılarla danışıqlara çağırıb: “Onlarla danışıq lazımdır, nüvə gücü ilə qarşıdurmaya girməməlisiniz. Kim onları həvəsləndirirsə, onlar şarlatanlardır və Avropa Birliyində belələri çoxdur”.

Daha əvvəl Xorvatiyanın baş naziri Andrey Plenkoviç prezident Zoran Milanoviçin Ukraynanın 2014-cü ildə korrupsiyaya və qeyri-demokratik hakimiyyət dəyişikliyinə görə NATO-ya üzv ola biməyəcəyinə dair sözlərinə görə ukraynalılardan üzr istəyib. Baş nazir prezidentin açıqlamalarını cəfəngiyyat adlandırıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Xorvatiya   Ukrayna  





Xəbər lenti