Ermənistanda bir günə 2594 nəfər virusa yoluxub

Ermənistanda bir günə  2594  nəfər virusa yoluxub
  29 Yanvar 2022    Oxunub:784
Ermənistanda COVID-19 virusu ilə bağlı yeni məhdudiyyətlərin tətbiqinə baxmayaraq vəziyyət yenidən pisləşib. AzVision.az xəbər verir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Milli Mərkəzin yaydığı məlumata görə, ölkədə koronavirusa yoluxma hallarının sayı 364 348-ə yüksəlib.
Müqayisə üçün qeyd edək ki,l yanvarın 28-də yayılan statistikada rəqəmlər 361 764-ü göstərirdi. Beləliklə, bir gündə 2594 yoluxma halı aşkarlanıb.
Son sutka ərzində 6 nəfər virusdan ölüb. Ümumilikdə isə Ermənistanda koronavirus səbəbindən ölənlərin sayı 8041 nəfərə çatıb. Koronavirus diaqnozu qoyulan, lakin digər xəstəliklərdən dünyasını dəyişənlərin sayı 1529 nəfərə çatıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Yoluxma  





Xəbər lenti