Çin səfiri ABŞ-a müharibə ilə bağlı xəbərdarlıq edib

Çin səfiri ABŞ-a    müharibə    ilə bağlı xəbərdarlıq edib
  29 Yanvar 2022    Oxunub:798
Çinin ABŞ-dakı səfiri Qin Qanq Amerikanın NPR radiosuna müsahibəsində Tayvan problemi haqqında danışıb. AzVision.az xəbər verir ki, o, Vaşinqtonun Tayvan adminstrasiyasına dəstək verərək müstəqillik axtarışında olmasını ABŞ-la Çin arasında silahlı münaqişə təhlükəsi yaratdığını deyib.
- Əgər ABŞ tərəfindən təşviq edilən Tayvan hakimiyyəti müstəqillik yolunda davam edərsə, bu, çox güman ki, Çin və ABŞ-ı silahlı münaqişəyə cəlb edəcək, - Çin səfiri xəbərdarlıq edib.

Çin Tayvana 39 döyüş təyyarəsi göndərib
Xatırladaq ki, Ukrayna böhranı kimi tayvan məsələsi də son bir ildə xeyli gərginləşib. Bir müddət öncə Çin Dövlət Şurasının Tayvan məsələləri üzrə idarəsinin sözçüsü Çju Fenqlian Tayvan Baş Qərargah rəisinin müavini Uilyam Lainin Hondurasda ABŞ vitse-prezidenti Kamala Harrislə görüşünü şərh edərkən bildirmişdi ki, Çin ABŞ-ı Tayvan məsələsində odla oynamağı dayandırmağa çağırır.

Qeyd edək ki, Çin mərkəzi hökuməti ilə onun ada əyaləti arasında rəsmi əlaqələr 1949-cu ildə, Çin Kommunist Partiyası ilə vətəndaş müharibəsində məğlub olan Çan Kay-şekin başçılıq etdiyi Kuomintang qüvvələrinin Tayvana köçməsindən sonra kəsilib. Ada ilə Çin arasında işgüzar və qeyri-rəsmi əlaqələr 1980-ci illərin sonlarında bərpa olunub. 1990-cı illərin əvvəllərindən etibarən isə tərəflər qeyri-hökumət təşkilatları - Tayvan Boğazı boyunca Əlaqələrin İnkişafı üzrə Pekin Assosiasiyası və Boğazlararası Mübadilələr üzrə Taypey Fondu vasitəsilə əlaqə saxlamağa başladılar.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   ABŞ  





Xəbər lenti