Türkiyə Marneuli hərbi aerodromu üçün xüsusi ləvazimatlar verib

Türkiyə Marneuli hərbi aerodromu üçün xüsusi ləvazimatlar verib
  29 Yanvar 2022    Oxunub:1013
Türkiyə Gürcüstan Silahlı Qüvvələrinin logistika qabiliyyətinin artırılması məqsədi ilə bu ölkənin Müdafiə Nazirliyinə xüsusi ləvazimatlar təhvil verib.
AzVision.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Gürcüstana təhvil verilən ləvazimatlar Marneulidə hərbi məqsədlərlə istifadə edilən hava limanı üçün nəzərdə tutulub.

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze təqdim edilən ləvazimatların texniki imkanları ilə tanış olub və dəstəyinə görə Türkiyəyə təşəkkür edib.

Ləvazimatlar Türkiyə ilə Gürcüstan hökumətləri arasında imzalanmış “Hərbi Maliyyə Əməkdaşlığı Razılaşması” çərçivəsində təhvil verilib. Onların dəyəri 597 722 ABŞ dollar təşkil edir.

AzVision.az



Teqlər: Türkiyə   Gürcüstan  





Xəbər lenti