Ərdoğan Statistika Komitəsinin sədrini dəyişdi

Ərdoğan Statistika Komitəsinin sədrini dəyişdi
  29 Yanvar 2022    Oxunub:628
Türkiyənin Statistika Komitəsinin sədri Sait Ərdal Dinçər vəzifəsindən azad edilib.
AzVision.az xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq qərarı "Resmi Gazete"də dərc edilib.

Ərdoğanın imzaladığı digər qərarla Ərhan Çətinkaya Statistika Komitəsinin yeni sədri təyin olunub.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti ədliyyə naziri Əbdülhəmid Gül vəzifəsindən azad edib, bu posta Bəkir Bozdağ təyin edilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti