Belarusa qaçan polşalı əsgər Haaqa tribunalına müraciət edib

Belarusa qaçan polşalı əsgər Haaqa tribunalına müraciət edib
  29 Yanvar 2022    Oxunub:774
Ötən ilin dekabrında Belarusa qaçan polşalı əsgər Emil Çeçko Haaqa Məhkəməsinə müraciət edib.
AzVision.az xəbər verir ki, bu barədə o, videomüraciətində deyib.

"Mən öz əməllərimə görə məsuliyyət daşımağa hazıram. Vəkilim artıq Haaqa tribunalına ərizə təqdim edib. Ərizə qəbul edilib və çox güman ki, işə baxılacaq", - Çeçko söyləyib.

O deyib ki, Polşa cəmiyyətinin sərhəddəki vəziyyətlə bağlı həqiqəti bilmək hüququ var: “Mən təkcə sərhəddə əsgərin ölümü və ya mənim qaçışım haqqında deyil, həm də insanların Polşa-Belarus sərhəddində ölməsi faktından danışıram. Xarici mediada sərhəddəki vəziyyətlə bağlı təqdim olunan məlumatları müstəqil şəkildə yoxlamağı tövsiyə edirəm. Polşa mediasında çox vaxt yalan və həqiqətə uyğun olmayan məlumatar təqdim olunur".

Qeyd edək ki, ötən il dekabrın 16-da Belarus sərhədçiləri tərəfindən Polşa Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü Emil Çeçko adlı şəxsin saxladığı barədə məlumat yayılmışdı. Qeyd olunmuşdu ki, hərbçi miqrasiya böhranı ilə bağlı və qaçqınlara qarşı qeyri-insani rəftara görə Polşanın yürütdüyü siyasətlə razılaşmadığını bildirərək, Belarusdan siyasi sığınacaq istəyib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: Polşa   Hərbçi  





Xəbər lenti