Polşanın baş naziri Ukraynaya səfər edəcək

Polşanın baş naziri Ukraynaya səfər edəcək
  29 Yanvar 2022    Oxunub:1165
Polşanın baş naziri Mateuş Moravetski fevralın 1-də Ukraynaya səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində məlumat paylaşıb.

"Biz Kiyevin hakimiyyət orqanları ilə daimi təmasdayıq. Çərşənbə axşamı Ukraynaya səfər zamanı prezident Vladimir Zelenski və baş nazir Denis Şmıqalla görüşəcəyəm. Dostlarımız bilirlər ki, bizə arxalana bilərlər", - baş nazir qeyd edib.

O bildirib ki, vəziyyət dinamik şəkildə inkişaf edir və təcili olaraq qan tökülməsinin qarşısını alacaq həll yollarını hazırlamalıyıq: "Bu, hazırda Polşa və Avropa diplomatiyasının ən mühüm vəzifəsidir".

Baş nazirin sözlərinə görə, Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında cəmləşməsi Avropanı bu illər ərzində əldə edilmiş sülhün nə qədər kövrək olduğunu başa düşməyə vadar edib”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Polşa   Ukrayna  





Xəbər lenti