Kreml Pekində Putin-Zelenski görüşünün mümkünlüyü barədə

Kreml Pekində Putin-Zelenski görüşünün mümkünlüyü barədə
  29 Yanvar 2022    Oxunub:907
"Olimpiya Oyunlarında iştirak etmək üçün Çinə səfər edəcək Rusiya Prezidenti Vladimir Putin koronavirus məhdudiyyətlərinə görə heç bir ikitərəfli görüş planlaşdırmır".
AzVision.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Putinin Ukrayna prezident Vladimir Zelenski ilə də görüş planı yoxdur, lakin bunu tamamilə istisna etmək olmaz.

"Kovid məhdudiyyətlərinə görə ikitərəfli görüşlər planlaşdırılmır. Zelenski ilə də görüş nəzərdə tutulmayıb. Baxmayaraq ki, biz bunu tamamilə istisna edə bilmərik", - Peskov bildirib.

Rusiya liderinin Pekində Si Cinpinlə ikitərəfli danışıqlar aparması və Oyunların açılış mərasimində iştirakı planlaşdırılır.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Putin   Zelenski  





Xəbər lenti