Tokayev konstitusiyada göstərilən müddətdən artıq prezident olmayacağını bildirib

Tokayev konstitusiyada göstərilən müddətdən artıq prezident olmayacağını bildirib
  29 Yanvar 2022    Oxunub:1018
Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev konstitusiya ilə müəyyən edilmiş iki müddətdən artıq dövlət başçısı olmayacağını bildirib.
AzVision.az xəbər verir ki, o, bu barədə “Xabar 24” kanalına müsahibəsində deyib.

“Mən bilmirəm nə qədər müddət Qazaxıstanın Prezidenti olaraq qalacağam, lakin bir məsələdə əminəm ki, bu, hazırkı konstitusiyanın müəyyən etdiyi iki dəfədən artıq müddəti keçməyəcək. Daha doğrusu hansısa qanunun, xüsusilə də konstitusiyanın dəyişdirilməsi baş verməyəcək”, - Prezident vurğulayıb.

Qazaxıstanın dövlət başçısı eks-prezident Nursultan Nazarbayevın imtiyazları ilə bağlı hər hansı sövdələşmə aparılmadığını qeyd edib.

AzVision.az



Teqlər: Qazaxıstan   Tokayev  



Xəbər lenti