Moskvada yaşayış binasında yanğın olub, 12 nəfər xilas edilib

Moskvada yaşayış binasında yanğın olub, 12 nəfər xilas edilib
  29 Yanvar 2022    Oxunub:1100
Moskvanın cənubunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğından biri uşaq olmaqla 12 nəfər xilas edilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə Moskvanın Dorojnaya küçəsi, ev 28, bina 1-də yerləşən 12 mərtəbəli binanın 9-cu mərtəbəsində baş verib. Yanğın 50 kvadratmetr sahəni əhatə edib.

Xilas edilənlər həkim nəzarətinə götürülüb.

Yanğın lokallaşdırılıb və söndürülüb.

AzVision.az





Teqlər: Moskva   Yanğın  



Xəbər lenti