Rusiyanın Xalq artisti vəfat edib

   Rusiyanın Xalq artisti vəfat edib
  30 Yanvar 2022    Oxunub:1414
Rusiyanın xalq artisti Leonid Kuravlev ağır xəstəlikdən sonra 86 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqından məlumat verilib.
“Leonid Vyaçeslavoviç vəfat edib, biz onun oğlu ilə əlaqə saxlayırıq”, - deyə bildirib. Aktyorla vida mərasiminin vaxtı dəqiqləşdirilir.

Yaradıcılıq illərində Leonid Kuravlev 200-dən çox rol oynayıb. O, "Belə bir oğlan yaşayır", "Qızıl buzov", "İvan Vasilyeviç peşəsini dəyişir" , "Həyat üçün təhlükə!", "Afonya" və digər filmlərdə obrazlar yaradıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti