Ermənistanda hakim partiya prezidentliyə yeni namizəd irəli sürüb

   Ermənistanda hakim partiya prezidentliyə yeni namizəd irəli sürüb
  30 Yanvar 2022    Oxunub:1512
Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası öz qərarına yenidən baxaraq, respublika prezidentliyinə yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanın namizədliyini irəli sürüb. AzVision.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Daha əvvəl ArmLur.am saytı öz mənbəsinə istinadən xəbər vermişdi ki, partiya prezidentliyə Baş nazir administrasiyasının Arayik Arutyunyanın namizədliyini irəli sürmək qərarına gəlib.

Bu arada, Qraparakın məlumatına görə, Arutyunyanın prezidentliyə namizədliyi ictimaiyyət arasında narazılıq dalğasına səbəb olub.

"Məlumat sızması nəticəsində məlum olub ki, hakim partiya Arayik Arutyunyanın prezidentliyə namizədliyini nəzərdən keçirir. Lakin, demək olar ki, bir həftədir ki, ictimaiyyət bundan narazılığını bildirib", - qəzet yazır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti