Xəzərin çəkilməsi “Şərq-Qərb” dəhlizinə problem yaradır – Ekspert

   Xəzərin çəkilməsi “Şərq-Qərb” dəhlizinə problem yaradır –    Ekspert
  31 Yanvar 2022    Oxunub:1887
“Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi region ölkələri üçün fəlakətdir və dəniz üzərindən daşımalara daha çox təsir göstərəcək. Su geri çəkildikcə limanlara yanaşma, sualtı qayalıqların üzə çıxması gəmilərin hərəkət etdiyi yolların daha da çətinlişməsi ciddi problem yaradır. Şərq-Qərb dəhlizi şübhə altına düşür”.
Bu sözləri AzVision.az-a nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev deyib. O qeyd edib ki dənizin səviyyəsinin enməsi qarşısıalınmaz təbii prosesdir və görünür ki, bu problem daha da dərinləşəcək. Bu halda ümid Rusiyanın Avrasiya kanalı layihəsinə qalır: “Onlar Qara və ya Azov dənizindən kanal çəkməyi planlaşdırırlar. Bu, həm yük daşımalarının artması, həm də suyun səviyyəsini tarazlaşdırmaq üçün vacibdir. Layihənin dəyəri bir neçə yüz milyard dollar həcmində qiymətləndirilir. Bu layihə həyata keçirilsə, problem aradan qalxar. Lakin dəyərinin yüksək olması onun reallaşmasını şübhə altına alır”.

İqtisadçı ekspert dəniz səviyyəsinin aşağı düşməsinin vuracağı ziyanın dəyərini qiymətləndirməyin çətin olduğunu əlavə edib. Lakin o bildirib ki, bunu yükdaşımaların həcmi ilə müəyyən etmək olar. Proqnozlar əsasən yaxın 10-15 ildə rəqəmlər əhəmiyyətli dərəcədə azalacaq.

- Bu problem təkcə Azərbaycanın deyil, ona görə regional dövlətlər birləşərək, həll etməlidirlər. Çünki heç kim heç nə etməsə Xəzəri Aral dənizinin aqibəti gözləyə bilər,- o əlavə edib.

Aytən Zəhra Bağırzadə
AzVision.az



Teqlər: Xəzər   Nəqliyyat  





Xəbər lenti