İsrail ordusu Suriyaya hücum xəbərlərini şərh etməyib

İsrail ordusu Suriyaya hücum xəbərlərini şərh etməyib
  31 Yanvar 2022    Oxunub:664
İsrail ordusunun sözçüsü Suriyanın Dəməşq bölgəsinə raket zərbələri endirməsi ilə bağlı mediada yayılan xəbərləri şərh etməyib.
AzVision.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

“Biz xarici mediada yayılan xəbərləri şərh etmirik", - açıqlamada deyilir.

Daha əvvəl “Al Ekhbariya” telekanalı hərbi mənbəyə istinadən məlumat verib ki, Suriya hava hücumundan müdafiə sistemləri bazar ertəsi Dəməşq üzərində hava hədəflərinə atəş açıb. Qeyd olunub ki, İsrail Hərbi Hava Qüvvələrinin atdığı raketlərin bir qismi məhv edilib. Hücum yerli vaxtla 03:05 radələrində həyata keçirilib və maddi ziyanla nəticələnib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: İsrail   Hücum  



Xəbər lenti