- Sosial şəbəkələrdə, xüsusən "Tik Tok"da 03160 layihəli "Raptor" yüksək sürətli patrul katerlərinin M-4 "Don" şossesindən daşınmasını əks etdirən video yaylılıb. Gəmilərin Azov dənizinə üz tutduğu ehtimal edilir. Ümumilikdə videoda dörd qayıq görünüb, onlardan üçü kamuflyaj olunub. Ukraynada belə hesab edirlər ki, bu güclü qayıqlar Azov dənizində Rusiyanın hərbi varlığını gücləndirə bilər. Eyni zamanda, qeyd etmək lazımdır ki, qayıqların xüsusi olaraq Azov dənizində yerləşdirilməsinə dair də heç bir təsdiqedici fakt yoxdur,-məqalədə yazılıb.
Qeyd edək ki, “Raptor” layihəli qayıqlar dənizlərin sahil zonasında patrul, axtarış-xilasetmə əməliyyatları və qoşunların köçürülməsi üçün nəzərdə tutulub. Bundan əlavə, onlar böyük desant gəmisinin (BDK) və ya universal desant gəmisinin (UDK) bir hissəsi ola bilər.
Tural Tağıyev
AzVision.az