Ermənistanda virusdan ölənlərin sayı 8 053-ə çatıb

Ermənistanda virusdan ölənlərin sayı 8 053-ə çatıb
  31 Yanvar 2022    Oxunub:939
Ermənistanda son sutka ərzində daha 1 362 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 366 433 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 053-ə yüksəlib. Aktiv xəstələrin sayı 22 202 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1 533 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti