"Korrupsionerləri biz göstərək, siz tutun" - Zaxarova

"Korrupsionerləri biz göstərək, siz tutun" -  Zaxarova
  31 Yanvar 2022    Oxunub:1248
Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın Londonda yaşayan rus oliqarxlarının əmlaklarının müsadirə edilməsi ilə bağlı sözlərinə cavab verib.
AzVision.az xəbər verir ki, Zaxarova Rusiyanın daha əvvəl Londonda yaşayan bir sıra rusiyalı korrupsionerlərin əmlaklarının müsadirə edilməsi, onların ekstradisiyası tələbi ilə qarşı tərəfə siyahı təqdim edib. O, Trassa həmin siyahını araşdırmağı məsləhət bilib.

“Ən əsası, bir addım da geri çəkilməyin, xanım Trass! Biz sizə həqiqətən ümid edirik. Britaniyanın heç bir müvəqqəti maliyyə maraqları demokratiya və azadlıqdan daha vacib ola bilməz! İdeyanızı həyata keçirin, Cəhd edin. Orada Rusiyanın hansı korrupsioner məmurların ekstradisiya edilməsini istədiyinin siyahısı var”, - Zaxarova Telegram kanalında yazıb.

Xatırladaq ki, bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi çərçivəsində Londondakı rus oliqarxlarının əmlakları müsadirə oluna bilər.

Bu cür sanksiyaların ingilis investorlarını da zərər vura biləcəyi ilə bağlı sualı cavablandıran Trass deyib ki, demokratiya və azadlıq müvəqqəti maliyyə maraqlarından daha vacibdir.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zaxarova   Böyük-Britaniya  



Xəbər lenti