Saakaşvilinin partiyası parlament boykotunu dayandırıb

Saakaşvilinin partiyası parlament boykotunu dayandırıb
  31 Yanvar 2022    Oxunub:869
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin qurucusu olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 2021-ci ilin iyulunda elan etdiyi parlamentin işinin boykotuna son qoyub.
AzVision.az xəbər verir ki, bu barədə brifinqdə fraksiya sədri Xatiya Dekanoidze deyib.

"Şənbə günü keçirilən iclasda biz qərara gəldik ki, Vahid Milli Hərəkatın fraksiyası parlamentin yaz sessiyasında iştirak etsin və boykotu dayandırsın", - Dekanoidze bildirib.

Parlamentin yaz sessiyası çərşənbə axşamı açılacaq. 150 yerlik qanunvericilik orqanında 30 deputatla təmsil olunan Vahid Milli Hərəkat Partiyası 2021-ci ilin iyulunda Tbilisidə LGBT tərəfdarlarının aksiyasını işıqlandırmaq istəyən media işçiləri döyüldükdən sonra parlamentin işini boykot edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Gürcüstan  



Xəbər lenti