"Taliban" 100-dən çox keçmiş məmurun öldürülməsini təkzib edib
Qeyd edilib ki, “Taliban” və hərəkatla əlaqəli olanlar xarici qoşunların ölkədən çıxarılmasından və amnistiya elan edildikdən sonra bu insanları öldürüblər. Həmin şəxslərin oğurlanması və digər qanun pozuntuları da qeydə alınıb.
"Daxili İşlər Nazirliyi bu cür xəbərləri təkzib edir. Amnistiyadan sonra heç kəs öldürülməyib. Əvvəlki hakimiyyət dövründə hərbçilərin hədəfə alındığı bəzi hadisələr də araşdırılır", - "Taliban" bəyan edib.
Həmçinin, taliblər BMT-ni Əfqanıstandakı vəziyyətlə bağlı bəzi qərəzli dairələrin məlumatlarına etibar etməməyə çağırıblar.
Pərvanə Sultanova
AzVision.az
Teqlər: Taliban







Vaxtında, Aydın, Lazımlı!


