"Forbes": "Pion"lar Rusiya ilə müharibədə Ukrayna Ordusuna kömək etməyəcək"

      "Forbes":    "Pion"lar Rusiya ilə müharibədə Ukrayna Ordusuna kömək etməyəcək"
  31 Yanvar 2022    Oxunub:1051
"Forbes" jurnalı hazırda dünya gündəminə çevrilmiş "Ukrayna böhranı"ndan yazıb. AzVision.az xəbər verir ki, amerikalı jurnalist Devid Eksin sözlərinə görə, 2S7 "Pion" özüyeriyən artilleriya qurğuları Ukrayna ordusunub ən güclü tərəfi sayılır.
Bununla belə, Rusiya ordusunda daha sürətli və effektli olan oxşar silahlar da var.

- Bu gün Rusiya ordusunda daha çox "2S7" var və onlar daha yaxşı formadadırlar. Bundan əlavə, həmin silahlar atəşlərə nəzarət sistemlərində böyük üstünlüyə malikdirlər,- nəşr yazıb.

"Rusiya ilə genişmiqyaslı müharibəyə hazır deyilik"- Ukraynalı general
Eks "2S7"nin Ukrayna Silahlı Qüvvələrinə hələ Sovet İttifaqından təqdim edildiyini xatırladıb. Onlar yeddi il əvvəl Donbasda fəal şəkildə istifadə edilib və hətta kiçik bir təkmilləşdirmə da aparılıb.

- Hazırda bunlar Ukrayna ordusunun ən güclü haubitsalarıdır. Ancaq Rusiya Federasiyasının Silahlı Qüvvələrində də "2S7"-lər var ki, onların sayı daha çoxdur. Rusiyanın "Pion"ları ukraynalılarınkından xeyli üstün görünürlər,- Eks yazıb.



Məqalədə qeyd edilir ki, Rusiya bu haubitsaların köklü şəkildə modernləşdirilməsini həyata keçirib. İndi onlar daha sürətli atəş açır və "2S7" həmçinin elektron hədəf aşkarlama, dron və radar stansiyalarını birləşdirən müasir atəşə nəzarət sistemi ilə təchiz edilib. Jurnalist hesab edir ki, Ukrayna Silahlı Qüvvələrinin “Pionları” Rusiya ordusunu dayandırmağa kömək etməyəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  



Xəbər lenti