Polşa Ukraynaya müdafiə silahları verəcək

Polşa Ukraynaya müdafiə silahları verəcək
  31 Yanvar 2022    Oxunub:1036
Polşa Ukraynaya müdafiə silahlarını vermək barədə qərar qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Solox brifinqdə deyib.

“Ukrayna tərəfinə hücum deyil, müdafiə silahlarının verilməsi barədə qərar qəbul edilib. Biz istənilən vaxt tədarükü həyata keçirməyə hazırıq. Söhbət minlərlə döyüş sursatından gedir", - o vurğulayıb.

Əlavə edib ki, bu qərar Polşa prezidenti Anjey Dudanın ölkə hökuməti, Ukraynadakı tərəfdaşları, Aİ və NATO-dakı müttəfiqləri ilə məsləhətləşmələrindən sonra qəbul edilib: "Söhbət humanitar və hərbi mənada maddi yardımdan gedir".

Çatdırılmaların təfərrüatları ilə bağlı sualı cavablandıran Solox deyib ki, bu, Ukrayna tərəfdən asılıdır: "Təklif Ukrayna tərəfinə təqdim olunub. Biz cavab gözləyirik".

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Polşa   Silah  



Xəbər lenti