Putinlə Conson arasında telefon danışığı olacaq

Putinlə Conson arasında telefon danışığı olacaq
  31 Yanvar 2022    Oxunub:1047
Böyük Britaniyanın baş naziri Boris Consonla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olacaq.
AzVision.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Telefon danışığı bu günə - 31 yanvar tarixinə planlaşdırılıb.

Qeyd olunub ki, ertəsi gün, fevralın 1-də Conson Ukraynaya səfər edəcək və prezident Vladimir Zelenski ilə görüşəcək. Böyük Britaniya hökumətinin başçısı ilə birlikdə xarici işlər naziri Liz Trass da Ukraynaya gedəcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Britaniya  



Xəbər lenti