İranda SEPAH -ın binasına silahlı hücum olub

İranda    SEPAH   -ın binasına silahlı hücum olub
  31 Yanvar 2022    Oxunub:1646
İranın Sarvan şəhərində naməlum şəxs İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin binasına silahlı hücum edib.
AzVision.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, mühafizəçilərə doğru bir neçə dəfə atəş açılıb. Lakin cavab tədbirləri nəticəsində hücum edən şəxs öldürülüb. "Tasnim" qeyd edir ki, atışma nəticəsində yaxınlıqdan keçən bir nəfər də yaralanıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  



Xəbər lenti