Kraliçanın yubiley tədbirlərində 10 milyondan çox insan iştirak edəcək

Kraliçanın yubiley tədbirlərində 10 milyondan çox insan iştirak edəcək
  31 Yanvar 2022    Oxunub:988
Böyük Britaniyada Kraliça II Yelizavetanın hakimiyyətinin 70-ci ildönümü münasibətilə keçiriləcək bayram tədbirlərində 10 milyondan çox insan iştirak edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti yazıb.

"Onlar hakimiyyəti artıq bir sıra rekord nailiyyətlərlə yadda qalan monarxın şərəfinə rekordlar vurmağı planlaşdırırlar. Bu sırada II Yelizavetanın iqamətgahının yerləşdiyi Vindzorda bayram şam yeməyi də var", - məqalədə vurğulanıb.

Kütləvi açıq ziyafətin əsas təşkilatçısı Lisa Hanterin sözlərinə görə, bu nahar indiyə qədər keçirilən ən uzun piknik ola bilər. Yarım kilometrlik masada 1,6 mindən çox insan əyləşəcək: "Bu, minimum həddir. İdeya bütün təbəqələrdən olan insanların bu bayram üçün bir araya gəlməsidir".

Məlumata görə, böyük yubiley şam yeməyi iyunun 5-də bütün ölkə daxilində keçiriləcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Britaniya  



Xəbər lenti