NATO Rusiya ilə dialoqa hazırdır

NATO Rusiya ilə dialoqa hazırdır
  31 Yanvar 2022    Oxunub:854
"NATO Rusiya ilə dialoqa hazır olduğunu açıq şəkildə bəyan edib".

AzVision.az xəbər verir ki, bunu bazar ertəsi NATO-nun baş katibi Yens Stoltenberq Amerikanın “The Washington Post” qəzetinə müsahibəsində deyib.
"Rusiyanın hərbi güclənməsi izaholunmaz və əsassızdır. Məhz Rusiya bunu izah etməli, deeskalasiyaya, NATO və müttəfiqləri ilə ciddi siyasi dialoqa başlamalıdır. Biz buna hazır olduğumuzu açıq şəkildə bildirdik ", - NATO-nun baş katibi deyib.

Y.Stoltenberq əlavə edib ki, Rusiya-NATO Şurası gərginliyi siyasi həll yolu ilə aradan qaldırıla bilər.

"Biz bu yaxınlarda Rusiya-NATO Şurasını keçirdik. Razılığa gələ bilmədik, lakin bu, ən azı gərginliyin azaldılması və siyasi həll yolunun axtarışı istiqamətində düzgün istiqamətdə atılmış addım idi", - o bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: NATO   Rusiya  



Xəbər lenti