"Legiya" 19 yaşlı azərbaycanlını transfer etdi

"Legiya" 19 yaşlı azərbaycanlını transfer etdi
  31 Yanvar 2022    Oxunub:1163
Polşanın "Legiya" klubu daha əvvəl Azərbaycan yığmasından təklif almış futbolçu Ramil Mustafayevi heyətinə cəlb edib.
AzVision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi 19 yaşlı müdafiəçi ilə 2025-ci il yayınadək müqavilə imzalayıb.

Mustafayev 2019-cu ildən Polşanın 2-ci liqa təmsilçisi "Stal"da çıxış edirdi. O, bu mövsüm 13 oyuna 3 qol vurub.

Qeyd edək ki, Rusiyanın Mahaçqala şəhərində anadan olmuş Mustafayev kiçik yaşlarında Polşaya köçüb.

AzVision.az


Teqlər:





Xəbər lenti