Böyük Britaniyanın Baş naziri üzr istədi

  Böyük Britaniyanın Baş naziri üzr istədi
  31 Yanvar 2022    Oxunub:1096
Böyük Britaniyanın Baş naziri Boris Conson karantin zamanı Dauninq-stritdəki iqamətgahında əyləncə gecəsi təşkil etməsi ilə bağlı daxili araşdırmanın yayımlanmasından sonra parlamentdə üzr istəyib. Lakin o, istefa verməkdən imtina edib.
"İlk növbədə üzr istəyirəm. Düzgün olamayan şeyləri etdiyimizə görə təəssüflənirəm",- deyə Conson parlamentdə bildirib. Onun sözlərinə görə, istintaqın ümumi nəticələri ilə tam razıdır.

Bundan əlavə, baş nazir bildirib ki, o, insanların koronavirus məhdudiyyətləri dövründə belə bir məclisin keçirilməsinə görə hiss etdiyi qəzəbi başa düşür.

Conson deyib: “Sadəcə üzr istəmək kifayət deyil, biz güzgüdə özümüzə baxıb dərslərimizi öyrənməliyik”.

Eyni zamanda Britaniya hökumətinin başçısı istefa verməkdən imtina edib.

Milli karantin zamanı hökumət iqamətgahında şənliklərin keçirilməsi barədə xəbərlər keçən ilin dekabrında yayılıb. Lakin son günlər digər kütləvi şənliklərin keçiridiyi də aşkarlanıb. Müxalifət Consonun istefasını tələb edir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti