ABŞ Senatı bu həftə Rusiyaya qarşı sanksiyaları razılaşdıra bilər

ABŞ Senatı bu həftə Rusiyaya qarşı sanksiyaları razılaşdıra bilər
  01 Fevral 2022    Oxunub:669
ABŞ Senatı bu həftə Ukrayna ətrafında vəziyyətin gərginləşməsi halında nəzərdə tutulan anti-Rusiya sanksiyaları paketini razılaşdıra bilər.
AzVision.az xəbər verir ki, bu barədə amerikalı senatorlara istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

"Ümid edirəm ki, razılaşdırmalı olduğumuz bir neçə detalı yekunlaşdıracağıq və ondan sonra irəliyə addım atmaq mümkün olacaq”, - Senatının Beynəlxalq komitəsinin rəhbəri Bob Menendez deyib.

Senator Kris Merfi isə bildirib ki, paket yaxın bir neçə gün ərzində yekunlaşacaq.
Tərəflər Ukrayna ətrafında vəziyyətin gərginləşməsindən əvvəl sanksiyaların tətbiqinin məqsədəuyğunluğunu müzakirə edirlər. Merfinin sözlərinə görə, Moskva artıq müəyyən nəticələrə gətirib çxaran mühüm xətti keçib.

Senator Benjamin Kardin hesab edir ki, ən sərt sanksiyalar hələlik saxlanılmalıdır. Onun sözlərinə görə, Rusiyanı SWIFT sistemindən ayırmaq variantı nəzərdən keçirilməlidir: “Düşünürəm ki, biz açıq şəkildə bildirdik ki, Ukraynaya hücum olarsa, bu variant sözsüz ki, müzakirə ediləcək”, - siyasətçi söyləyib.

Agentliyə görə, “Şimal axını 2” boru kəməri ilə bağlı hansı qərarın olacağı hələ razılaşdırılmayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   ABŞ   Sanksiya  



Xəbər lenti