Tokayev Prezident Administrasiyasına yeni rəhbər təyin edib

Tokayev Prezident Administrasiyasına yeni rəhbər təyin edib
  01 Fevral 2022    Oxunub:769
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleu administrasiyasının rəhbəri təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tokayev Nurtleunu respublikanın Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edib.

45 yaşlı M.Nurtleu 2022-ci ilin yanvarından Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışırdı. O, əvvəllər ölkə Prezidenti Administrasiyası rəhbərinin müavini, prezidentin köməkçisi vəzifələrində çalışıb.

Çərşənbə axşamı Tokayev Yerlan Koşanovu administrasiyasının rəhbəri vəzifəsindən azad edib. Koşanov respublika Məclisinin (parlamentin aşağı palatası) sədri seçilib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Qazaxıstan  



Xəbər lenti