"Rusiya ABŞ-ın sanksiyalarına görə geri addım atan deyi"- Səfirlik

   "Rusiya ABŞ-ın sanksiyalarına görə geri addım atan deyi"-    Səfirlik
  01 Fevral 2022    Oxunub:1014
"Rusiya ikitərəfli münasibətlərdə gərginlik generatoru rolunu oynayan ABŞ-ın sanksiyaları təhdidi qarşısında “geri addım atmaq” fikrində deyil". AzVision.azxəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfirliyi "Facebook" səhifəsində yazıb.
- Gərginliyin generatoru Moskva deyil, Vaşinqtondur. Biz ABŞ sanksiyaları qarşısında geri çəkilmək niyyətində deyilik, - diplomatik missiyanın bəyanatında deyilir.

ABŞ Senatı bu həftə Rusiyaya qarşı sanksiyaları razılaşdıra bilər
Səfirliyin paylaşımında qeyd edilir ki, “Kiyevdə radikal-millətçi dövlət çevrilişinə təkan verən ABŞ olub. Bunun nəticəsində Krım sakinləri məhv olmaq təhlükəsi ilə üzləşib və Rusiyaya birləşməyə səs veriblər”.

Yazıda həmçinin o da qeyd edilir ki, Vaşinqton “Vladimir Zelenski hökumətinin Donbas problemini güc yolu ilə həll etmək istəyinə qoşularaq” Ukrayna hakimiyyətini müasir hücum silahları ilə təmin edir.
Rusiya diplomatları ABŞ-ı “təhlükəsizliyin bölünməzliyi prinsipini pozaraq, öz hərbi infrastrukturu ilə Rusiya sərhədlərinə yaxınlaşmaqda” da ittiham ediblər. Eyni zamanda, bəyanatda vurğulanır ki, Rusiya silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malikdir və bu, heç kimi təhdid etmir.

Xatırladaq ki, Qərb ölkələri Ukraynada münaqişənin gərginləşəcəyi təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Vaşinqton və Brüssel Moskvanı işğala hazırlaşmaqda ittiham edir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   ABŞ   Sanksiya  



Xəbər lenti