Ermənistan prezidentinin səlahiyyətlərini Simonyan icra edəcək

Ermənistan prezidentinin səlahiyyətlərini Simonyan icra edəcək
  01 Fevral 2022    Oxunub:1479
Ermənistan parlamentinin spikeri Alen Simonyan prezidentin səlahiyətlərini müvəqqəti olaraq icra edəcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Konstitusiyaya uyğun olaraq, yeni Prezident seçilənə qədər dövlət başçısının səlahiyyətlərini icra edəcək.

Vitse-spiker Akop Arşakyan isə hələlik spikerin vəzifələrini yerinə yetirəcək.

Qeyd edək ki, Armen Sarkisyan yanvarın 23-də istefa verib. Bu gün spiker Alen Simonyan Sarkisyanın səlahiyyətlərinin dayandırılması ilə bağlı qərar imzalayıb.

Yeni prezident qanunverici orqanda seçiləcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti