Ermənistanda virusa yoluxanların sayı kəskin artdı

Ermənistanda virusa yoluxanların sayı kəskin artdı
  01 Fevral 2022    Oxunub:940
Ermənistanda son sutka ərzində daha 3 127 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
AzVision.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, yoluxanların ümumi sayı 370 922 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 3 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 8 056-ya yüksəlib. Aktiv xəstələrin sayı 25 250 nəfər təşkil edir. Koronavirusa yoluxub, lakin digər səbəblərdən ölənlərin sayı 1 533 nəfərə çatıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Virus  



Xəbər lenti