Ermənistanda qadınların zabit olmasına nə mane olur?

Ermənistanda qadınların zabit olmasına nə mane olur?
  01 Fevral 2022    Oxunub:955
"Ermənistan Silahlı Qüvvələrində qadın zabitlərin sayı hələ də azdır və ailə həyatı quran qadınlar üçün staj təminatı yoxdur". AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Arman Tatoyanın araşdırmasında məlumat verilib.
Qeyd edilir ki, iş stajı hesablanarkən (hərbi rütbələrin verilməsi üçün) Ermənistan qanunvericiliyində valideynlik məzuniyyəti nəzərdə tutulmur. Bundan əlavə, üç yaşına qədər uşağa qulluq etmək üçün məzuniyyət ala bilən, lakin bu hüquqdan istifadə edərək xidmətini davam etdirməyən qadınlar üçün heç bir stimul yoxdur.

Ermənistan prezidentinin səlahiyyətlərini Simonyan icra edəcək
- Hamilə qadın hərbi qulluqçular üçün qəbul edilmiş xüsusi geyim forması da yoxdur. Hansılar ki, digər ölkələrdə də qəbule dilib. Qadınların qəbul oluna biləcəyi hərbi ixtisasları sadalayan qanunvericilik aktları yoxdur.Həmçinin hərbi qulluqçuların ailələri üçün birgə xidmətə zəmanət verən mexanizmlər də yoxdur (ər başqa bölməyə göndərilibsə, arvadı da həmin bölməyə göndərilib). Bu təkliflər parlamentə, eləcə də Müdafiə Nazirliyinə göndəriləcək,- Ombudsmanın məlumatında yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Ordu  



Xəbər lenti