Gülər Əhmədova üçün VİP kamera

Gülər Əhmədova üçün VİP kamera
  03 Aprel 2013    Oxunub:1245
“Gülər Əhmədovaya soyuducu, mebel və rahatlığı üçün bütün təhcizat verilib”
AzVision.az-a açıqlamasında bu sözləri vəkil Elçin Sadıqov deyib. O, bildirib ki, birinci gün Əvəz Zeynallıyla görüşmək üçün İstintaq Təcridxanasında olub.

“Mən orada olarkən Gülər Əhmədova 14-cü istintaq otağında vəkili Raqif Mustafayevlə görüşürdü. Gülərə görə mənim Əvəzlə görüşüm 4 saat gecikdi. Təcridxanada olarkən mənə dedilər ki, artıq Gülər Əhmədovanın otağında mətbəxdə quraşdırılıb. Ona xüsusi soyuducu, mebel və rahatlığı üçün bütün təhcizat verilib”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti