Yoxa çıxmış Nazarbayevanın yeri məlum oldu

 Yoxa çıxmış Nazarbayevanın yeri məlum oldu
  01 Fevral 2022    Oxunub:1297
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin böyük qızı, Məclisin (parlamentin aşağı palatası) deputatı Dariqa Nazarbayevanın yeri məlum olub. O uzun müddətdir ki, məzuniyyətini davam etdirirmiş.
AzVision.az xəbər verir ki, bu barədə "Zakon.kz" Nazarbayevanın köməkçisi Janna Ermekovadan öyrənib.

Nazarbayevin Təhlükəsizlik Şurasında ömürlük sədrliyi ləğv edilib
Onun sözlərinə görə, Dariqa Nazarbayeva Nur-Sultandadır və koronavirus infeksiyasına yoluxmasından sonra reabilitasiya kursunu davam etdirir.

Qeyd edək ki, Qazaxıstanda kütləvi etirazların başlaması ilə deputat Dariqa Nazarbayeva ictimai sahədə gözə görünməyərək yoxa çıxdı. O, parlamentin iclaslarına gəlməyi də dayandırdı. Nazarbayevanın atası və ailəsi ilə birlikdə xaricə getdiyi güman edilirdi.

Yanvarın 12-də isə köməkçi Nazarbayevanın Alma-Atadakı evində COVID-19-dan müalicə aldığını bildirmişdi. Bir neçə gün sonra Ermekova bəyan etdi ki, keçmiş prezidentin qızı koronavirusa yoluxduqdan sonra reabilitasiyadan keçdiyi üçün yanvarın sonuna qədər ödənişsiz məzuniyyətə çıxıb. Yanvarın 28-də isə Dariqa Nazarbayeva hakim Nur Otan partiyasının siyasi şurasından xaric edilib.

Tural Tağıyev
AzVision.az


Teqlər:   Nazarbayev   Qazaxıstan  



Xəbər lenti