Putinlə Makronun görüşü gözlənilir
O, iki liderin görüşünün istisna edilmədiyini söyləyib, əlavə edib ki, Makron deeskalasiyanın təmini üçün əlindən gələn hər şeyi edəcək.
Attal xatırladıb ki, son günlər Rusiya Federasiyası və Fransa liderləri arasında iki telefon danışığı olub. Onun sözlərinə görə, birinci söhbət zamanı Makron Putindən Ukraynanın şərqində gərginliyin azaldılması üzərində işləməyə hazır olub-olmadığını soruşub və Rusiya lideri müsbət cavab verib.
Son günlər Qərb dövlətləri Rusiyanı Ukraynana hücuma hazırlaşmaqda ittiham edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, bu cür bəyanatlar boş və əsassız yerə gərginliyi artırmağa yönəlib, Rusiya heç kim üçün təhlükə yaratmır.
Pərvanə Sultanova
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


