Forbes: “Putinin desant "qambiti” Qərbdə panika yaratdı"

      Forbes:    “Putinin desant "qambiti” Qərbdə panika yaratdı"
  01 Fevral 2022    Oxunub:1437
Məşhur "Forbes" nəşri Rusiyanın altı desant gəmisinin köməyi ilə təşkil etdiyi “qambit”dən yazıb. AzVision.az xəbər verir ki, məqalə müəllifi Avropanın reaksiyasını önə çəkərək qeyd edib ki, hətta Rusiya Hərbi Dəniz Qüvvələrinin kiçik gəmiləri belə Qərbdə panika yaratmağa qadirdir.
Rusiya 2022-ci ilin yanvarında altı desant gəmisini Qara dənizə göndərdi. Moskvanın bu addımı Avropada səs-küyə səbəb olub. Bu gediş İsveçi silahlı qüvvələrdə yerdəyişmələr həyata keçirməyə, Finlandiyanı isə hərbsizləşdirilmiş Aland adalarından narahatlıq keçirməyə məcbur edib.

"Forbes": "Pion"lar Rusiya ilə müharibədə Ukrayna Ordusuna kömək etməyəcək"
Digər ölkələr də hərbi resurslarının bir hissəsini Rusiya gəmilərini izləməyə həsr etməli oldular. "Forbes" nəşrində dərc olunan məqalə müəllifinin fikrincə, Qərbin bu ilkin reaksiyası hətta kiçik və əhəmiyyətsiz hərbi gəmilərin başqa ölkələrin sahil zonalarında ciddi problemlər yarada biləcəyinin üstüörtülü etirafıdır. Bundan əlavə, ABŞ və Avropa nüvə silahlarının, müasir dəniz minalarının və ya raketlərin gəmilərə yerləşdirilə biləcəyindən ehtiyatlanır.



- Rusiya güclü və nəhəng gəmilərindən istifadə etmədən ustad dərsi nümayiş etdirdi. Vladimir Putinin "desant qambiti" nümayiş etdirdi ki, hazırda bu desant gəmilərindən istifadə əhəmiyyətli effekt verir və belə gəmiləri hesabdan çıxarmaq hələ tezdir,- müəllifi fikrini bu cümlələrlə yekunlaşdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Desant   Qərb   Rusiya   Gəmi  



Xəbər lenti