Rusiya 2022-ci ilin yanvarında altı desant gəmisini Qara dənizə göndərdi. Moskvanın bu addımı Avropada səs-küyə səbəb olub. Bu gediş İsveçi silahlı qüvvələrdə yerdəyişmələr həyata keçirməyə, Finlandiyanı isə hərbsizləşdirilmiş Aland adalarından narahatlıq keçirməyə məcbur edib.
Digər ölkələr də hərbi resurslarının bir hissəsini Rusiya gəmilərini izləməyə həsr etməli oldular. "Forbes" nəşrində dərc olunan məqalə müəllifinin fikrincə, Qərbin bu ilkin reaksiyası hətta kiçik və əhəmiyyətsiz hərbi gəmilərin başqa ölkələrin sahil zonalarında ciddi problemlər yarada biləcəyinin üstüörtülü etirafıdır. Bundan əlavə, ABŞ və Avropa nüvə silahlarının, müasir dəniz minalarının və ya raketlərin gəmilərə yerləşdirilə biləcəyindən ehtiyatlanır.
- Rusiya güclü və nəhəng gəmilərindən istifadə etmədən ustad dərsi nümayiş etdirdi. Vladimir Putinin "desant qambiti" nümayiş etdirdi ki, hazırda bu desant gəmilərindən istifadə əhəmiyyətli effekt verir və belə gəmiləri hesabdan çıxarmaq hələ tezdir,- müəllifi fikrini bu cümlələrlə yekunlaşdırıb.
Tural Tağıyev
AzVision.az