ATƏT-in Baş katibi Azərbaycanı təbrik edib

ATƏT-in Baş katibi Azərbaycanı təbrik edib
  01 Fevral 2022    Oxunub:1088
ATƏT-in Baş katibi Helga Şmid təşkilata qəbul olunmasının 30 illiyi münasibətilə Azərbaycanı təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb.

“Otuz il əvvəl ATƏM-ə (hazırda ATƏT adlanır) üzv qəbul olunmuş ölkələri təbrik edirəm. ATƏT-in onların tarixlərinin bir parçası olması ilə qürur duyur və növbəti 30 ili səbirsizliklə gözləyirik!, - Şmid qeyd edib.

Xatırladaq ki, Azərbaycan 1992-ci il yanvarın 30-da ATƏM-ə üzv qəbul olunub. 1995-ci il yanvarın 1-dən təşkilatın adı ATƏT adlandırılıb.

AzVision.az




Teqlər: ATƏT   Azərbaycan  



Xəbər lenti