Ukrayna, Britaniya və Polşa yeni əməkdaşlıq formatı yaradır

Ukrayna, Britaniya və Polşa yeni əməkdaşlıq formatı yaradır
  01 Fevral 2022    Oxunub:717
“Böyük Britaniya, Polşa və Ukrayna arasında əməkdaşlıq yeni format alır”.
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanın növbəti sessiyasının açılışında deyib.

"Biz Ukrayna, Böyük Britaniya və Polşa arasında Avropada yeni siyasi əməkdaşlıq formatı yaradırıq", - o bildirib.

Zelenski, həmçinin bildirib ki, Ukraynaya diplomatik dəstək 2014-cü ildən bəri ən yüksək səviyyədədir. Əlavə edib ki, ölkəsi hamının dəstəyini yüksək qiymətləndirir, lakin yalnız özünə güvənir.

Ehtimal olunur ki, müvafiq razılaşma çərşənbə axşamı Böyük Britaniyanın və Polşanın baş nazirləri Boris Conson və Mateuş Moravetskinin Kiyevə səfəri zamanı imzalansın.

Bundan əvvəl KİV-lər diplomatik mənbələrə istinadən üç ölkə arasında yeni qarşılıqlı fəaliyyət formatının yaradılması barədə məlumat yayıblar. Yanvarın 21-də Avstraliyada çıxış edən Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ilk dəfə bu formatı xatırladıb. Onun sözlərinə görə, Zelenskinin Londona səfəri zamanı Britaniya, Polşa və Ukrayna arasında əməkdaşlıq müzakirə olunub.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Zelenski  





Xəbər lenti