Zakir Həsənov Türkiyədə səfərdədir

   Zakir Həsənov Türkiyədə səfərdədir
  01 Fevral 2022    Oxunub:1055
Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyədə səfərdədir.
AzVision.az xəbər verir ki, Azərbaycan nümayəndə heyəti bu gün səhər saatlarında “Anıtqəbir” memorialını ziyarət edib, Mustafa Kamal Atatürkün mavzoleyinə əklil qoyub.

Daha sonra Z.Həsənov xatirə kitabına ürək sözlərini yazıb: “Atatürkün xatirəsini hər zaman qəlbimizdə yad edirik. Yaşasın Türkiyə və Azərbaycan qardaşlığı!”.

Bundan sonra Türkiyə və Azərbaycan müdafiə nazirləri arasında görüş başlayıb. Görüşdə iki ölkə arasında müdafiə və hərbi sahədə əməkdaşlıqla yanaşı, regional məsələlər də müzakirə ediləcək.

Səfər fevralın 2-dək davam edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti