Zakir Həsənovla Akar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

   Zakir Həsənovla Akar regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
  01 Fevral 2022    Oxunub:1508
Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri Hulusi Akar arasında görüş olub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər əvvəlcə təkbətək görüşüb, sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib.

Onlar ikitərəfli, regional müdafiə və təhlükəsizlik məsələləri, müdafiə sənayesi sahəsində əməkdaşlığa dair müzakirələr aparıblar.




AzVision.az



Teqlər:



Xəbər lenti