Blinken Lavrova "Dialoqları davam etdirməyə hazırıq!" dedi

Blinken Lavrova    "Dialoqları davam etdirməyə hazırıq!"    dedi
  01 Fevral 2022    Oxunub:887
ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla söhbətində deyib ki, Birləşmiş Ştatlar həm ikitərəfli əsasda, həm də müttəfiqləri ilə birlikdə Rusiya ilə qarşılıqlı təhlükəsizlik problemləri mövzusunda substantiv dialoqu davam etdirməyə hazırdır.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Lavrov və Blinken arasında telefon danışığı olacaq
- Dövlət katibi Blinken Moskvanın təhlükəsizlik təkliflərinə ABŞ-ın yazılı cavabının davamı olaraq bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıb. Dövlət katibi ABŞ-ın həm ikitərəfli, həm də müttəfiqləri və tərəfdaşları ilə Rusiya ilə qarşılıqlı olaraq təhlükəsizlik sferasındakı substantiv dialoqları davam etdirməyə hazır olduğunu vurğulayıb. ”, - ABŞ hökumətinin yaydığı bəyanatda deyilir.

Dövlət Departamenti əlavə edib ki, Birləşmiş Ştatlar belə dialoqu öz tərəfdaşları və müttəfiqləri ilə tam koordinasiyada aparmaq niyyətindədir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Blinken   Lavrov   Dialoq  





Xəbər lenti