"Türkiyə ordu strukturuna bənzər islahatlar aparırıq" - Zakir Həsənov

   "Türkiyə ordu strukturuna bənzər islahatlar aparırıq" -    Zakir Həsənov
  01 Fevral 2022    Oxunub:919
"Prezidentimizin tapşırığı ilə biz Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq. Türkiyənin bu istiqamətdə Azərbaycana böyük dəstəyi var. Biz bu istiqamətdə xeyli yol keçmişik".
AzVision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarla birgə mətbuat konfransında deyib.

"Şuşa Bəyannaməsi yolumuzu və strategiyamızı müəyyən edən bir sənəddir" - Akar
"Milli müdafiə nazirinə bir daha təşəkkürümü bildirirəm, o, bizi bütün məsələlərdə dəstəkləyir. Əminəm ki, qısa zamanda Azərbaycan ordusu öz döyüş qabiliyyətini artıracaq", - Z.Həsənov vurğulayıb.

AzVision.az



Teqlər:   Ordu   İslahat   Türkiyə  



Xəbər lenti